Son dəqiqə: Bakıda güclü yanğın var

Day.Az представляет новость на азербайджанском языке

Bakıda Azərbaycan Universitetinin yaxınlığındakı məhəllədə yanğın baş verib.

Milli.Az xəbər verir ki, bu barədə ərazidə yaşayan Ülviyyə Əli adlı xanım Twitter sosial şəbəkəsindəki profilində məlumat verərək video kadrlar paylaşıb.

Yanğının məhəllədəki həyət evlərindən birində və ya yaxınlıqdakı zibilxana baş verdiyi məlum deyil. Amma yanğının güclü olduğu və bu səbəbdən tüstüsünün çox qatı olduğu bilinir.

Hələlik yanğınla bağlı rəsmi məlumat verilməyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycan Universiteti yaxınlığında yanğın