“Məşğulluq haqqında” qanun layihəsi son oxunuş üçün Milli Məclisə tövsiyə edildi

Day.Az представляет новость на азербайджанском языке

"Məşğulluq haqqında" qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, iclasda bildirilib ki, qanun layihəsinə dəyişiklik edilib, maddələrin sayı 35-dən 37-ə qaldırılıb. Qeyd olunub ki, qanun layihəsi məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilatı əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir.

İclasda layihənin mükəmməl hazırlandığı, layihə ilə bağlı Milli Məclisin plenar iclasında səsləndirilən təkliflərin nəzərə alındığı diqqətə çatdırılıb.

Layihə III oxunuş Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.