Kişi cinsiyyət orqanını kəsib atdı - "Başıma nə iş gəlibsə sənə görə olub"

Day.Az представляет новость на азербайджанском языке

Türkiyədə qeyri-adi olay yaşanıb.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çanaqqaladakı həbsxananın məhkumu cinsiyyət orqanını kəsib.

Təcavüzə görə Çanaqqala həbsxanasına salınan M.K öz cinsiyyət orqanını kəsib atıb.

Məhkum yoldaşları kömək istəyiblər. M.K dərhal xəstəxanaya çatdırılıb. Onun cinsiyyət orqanı yerinə tikilib.

Həkimlər bildirib ki, o, artıq cinsi əlaqədə ola bilməyəcək.

Hadisə şahidlərinin dediyinə görə, M.K cinsiyyət orqanını kəsərkən "Başıma nə iş gəlibsə sənə görə olub", deyib qışqırıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.