Kaliforniya yanır: şəhər məhv olub, 42 nəfər ölüb, 13500 min ev kül olub, 220 nəfər itkin düşüb

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları tüğyan edir. Ştatın şimalında və cənubunda yanğınların miqyası daha böyükdür.

Milli.Az ABC-yə istinadən bildirir ki, Kaliforniya ştatının cənubunda, Los-Anceles şəhərinin həndəflərində yanğınlarda 6500 ev kül olub. Kaliforniya ştatının qubernatoru yardım üçün prezident Donald Trampa müraciət edib. Güclü külək səbəbindən yanğınları söndürmək mümkün deyil.

Fəlakət qurbanlarının sayına görə ABŞ tarixində ən böyük yanğınlardan biri sayılır.

Kaliforniya ştatında noyabrın 8-də başlamış yanğınlarda Peradays şəhəri tamamən kül olub. Butt bölgəsində isə 6700 ev yanıb.

Ştatda fövqəladə vəziyyət elan olunub.

Yanğınlarda həlak olanların sayı 42 nəfərə çatıb. 220 nəfər itkin düşüb. Fəlakət zonasından 223 min nəfər təlxiyə olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.