Matamela Siril Ramafoza Prezident İlham Əliyevi təbrik edib
.jpg)
Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Əlamətdar tarix, 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Cənubi Afrika Respublikasının hökuməti və xalqı adından Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı arzulayır, ölkələrimiz arasında mövcud olan gözəl dostluq münasibətlərini daha da möhkəmləndirmək niyyətimizi bir daha bəyan edirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре