Avtobusdan 1200 manat və 3000 dollar tapan sürücü GÖRÜN NƏ ETDİ - FOTO

Day.Az xəbər verir ki, 1200 manat, 3000 ABŞ dolları pul və qızıl zinət əşyalarını tapan sürücü onları sahibinə geri qaytarıb.
Tapdığı pul və qızıl zinət əşyalarını sahibinə təhvil verən 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun sürücüsü Sahib Quliyev Bakı Nəqliyyat Agentliyinə dəvət edilib.
Vətəndaşa qarşı göstərdiyi diqqətə və insanlığa örnək olan hərəkətinə görə Sahib Quliyevə təşəkkürnamə və mükafat təqdim olunub. Bildirilib ki, sürücü Sahib Quliyev xidməti vəzifəsini yerinə yetirərkən vətəndaşa göstərdiyi diqqət təqdirə layiqdir. İctimai nəqliyyat üzrə xidmət edən hər bir sürücü sərnişinlərə diqqət və qayğı ilə yanaşmalıdır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре