İspaniyada vulkan püskürdü, 150-dən çox ev yandı

Bir neçə gün əvvəl İspaniyanın Palma adasında vulkan püskürməsi nəticəsində əmələ gələn lavalar 150-dən çox evin yanmasına səbəb olub.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Palma adasının Şurasının sədri Mariano Sapata açıqlayıb.

Onun sözlərinə görə, hələ sakinlərin yeni qrupunun təxliyyəsi nəzərdə tutulmayıb.

Adada vulkan püskürməsi nəticəsində sentyabrın 19-dan bu günə qədər təqribən 6 min sakin öz evlərini tərk etmək məcburiyyətində qalıb. "EFE" agentliyinin məlumatına görə, lava 100 hektardan çox ərazini örtüb. Təbii fəlakət nəticəsində yaralıların olması barədə hələ məlumat yoxdur.

Qeyd edək ki, Palma adasında sonuncu dəfə 1971-ci ildə vulkan püskürməsi qeydə alınıb.