Ağdam Cümə məscidində şəhidlərin xatirəsi yad edilib

27 Sentyabr - Anım Günü ilə əlaqədar Ağdam Cümə məscidində mərasim keçirilib.

Day.Az Trend-ə istinadən bildirir ki, öncə şəhidlərin xatirəsi sükutla yad edilib. Daha sonra şəhidlərin ruhuna dualar oxunub.

Bərdə və Ağdamdan olan din xadimlərinin iştirakı ilə namaz qılınıb və ayələr oxunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.