Xırdalanda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə olunub

Abşeron rayonunun Xırdalan şəhərində doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin yeddinci mərtəbəsində yığılan məişət tullantıları 3 m² sahədə yanıb.

Fövqəladə Hallar nazirliyindən Day.Az-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.