https://news.day.az/azerinews/1427103.html
Ötən il əhalinin dərmana xərclədiyi vəsaitin həcmi açıqlanıb
Ötən il əhalinin dərmana xərclədiyi vəsaitin həcmi açıqlanıb
Ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlarına istehlakçılar tərəfindən 952 mln. manat vəsait xərclənib.
Day.az-ın APA-ya istinadən məlumatına görə, bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə 24,8% çoxdur.
2021-ci ilin təkcə dekabr ayında satışların həcmi noyabr ayı ilə müqayisədə 8,9% artsada, 2020-ci ilin dekabr ayı ilə müqayisədə 3,3% azalaraq 100,8 mln. manat təşkil edib.
Qeyd edək ki, ötən il istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре