Kasilyas Şakira ilə eşq yaşadığı barədə iddialara cavab verdi

"Real"ın əfsanəsi İker Kasilyas Şakira ilə münasibətinin olması barədə yayılan xəbərləri təkzib edib.

Day.Az offsideplus.az-a istinadən xəbər verir ki, sabiq qolkiper medianın yaydığı xəbərləri İnstaqram hesabında paylaşıb və bu məlumatların hardan gəldiyini anlamadığı ifadə edib. 

Xatırladaq ki, Pike və Şakira futbolçunun xəyanəti səbəbindən iyunun 4-də ayrılıblar. Son günlərdə isə kolumbiyalı müğənninin İker Kasilyasla eşq yaşadığı bildirilirdi.