Prezident İlham Əliyev Rövşən Rzayevə irad tutdu - VİDEO
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış olublar və burada kənd sakinləri ilə görüşüblər.
Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, görüş zamanı dövlət başçısı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə irad bildirib.
Belə ki, çay kənarına çəkilən istinad divarı Prezident İlham Əliyevin diqqətindən qaçmayıb. Bu zaman ölkə başçısı çaya da giriş olmalıdır deyə R.Rzayevə irad tutub.
"Mən baxıram, siz divarı belə bütöv çəkmisiniz, insanlar çaya yaxınlaşa bilmirlər, siz girişlər edin. Siz müxtəlif yerlərdə açın bu divarları ki, belə pilləkən düzəldin, yaxud da belə geniş olsun ki, insanlar çaya yaxınlaşa bilsinlər" - Prezident İlham Əliyev bildirib.
Həmin anın görüntülərini təqdim edirik:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре