Gürcüstanda azərbaycanlıların yaşadığı bölgələrdə seçkilərin nəticələri məlum olub

Gürcüstanda parlament seçkiləri keçirilib. Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası seçkilərdə qalib gəlib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, ökənin azərbaycanlı əhalisi də seçkilərdə fəal iştirak edib

Marneulidə 34 328 nəfər (79,601 faiz) "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasına səs verib.

Bolnisidə hakim partiyaya 20 788 nəfər (81,426%) səs verib. Dmanisidə səsvermədə 9360 nəfər (75,32%) iştirak edib.