https://news.day.az/azerinews/1708002.html
Qazaxıstanda keçmiş məsciddə qaz partlayışı nəticəsində 3 nəfər ölüb
Qazaxıstanın Akmola vilayətinin Sabındı kəndindəki keçmiş məsciddə qazın partlaması nəticəsində azı 3 nəfər ölüb, 16 nəfər yaralanıb. APA xəbər verir ki, bu barədə TASS-a Akmola vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidmətindən məlumat verilib. "1978-ci il təvəllüdlü bir kişi həlak olub.
Qazaxıstanda keçmiş məsciddə qaz partlayışı nəticəsində 3 nəfər ölüb

Qazaxıstanın Akmola vilayətinin Sabındı kəndindəki keçmiş məsciddə qazın partlaması nəticəsində azı 3 nəfər ölüb, 16 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə TASS-a Akmola vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidmətindən məlumat verilib.
"1978-ci il təvəllüdlü bir kişi həlak olub. Xilasedicilər dağıntılar altından 1983-cü il təvəllüdlü bir qadının və 2012-ci il təvəllüdlü bir uşağın cəsədini tapıblar. 16 yaralı Astana şəhər xəstəxanasına çatdırılıb", - məlumatda diqqətə qeyd olunub.
Məlumata görə, xilasedicilər binadan altı qaz balonunu çıxarıblar, ümumilikdə isə yeddi balon olub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре