Sumqayıtda yaşayış binasında partlayış olub - YENİLƏNİB - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Day.Az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
xxx
07:30
Sumqayıt şəhərində yaşayış binalarının birində baş vermiş partlayış ilə bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib.
Day.Az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətindən bildirilib.
Ərazi mühafizəyə götürülməklə polis əməkdaşları tərəfindən sakinlərin təhlükəsiz şəkildə təxliyə edilməsi üçün və digər zəruri tədbirlər davam etdilir.
xxx
07:16
Sumqayıtda yaşayış binasında partlayış olub.
Day.Az xəbər verir ki, hadisə 13-cü mikrorayonda yerləşən binada qeydə alınıb.
Hadisə yerinə təcili tibbi yardım və FHN qüvvələri cəlb edilib. İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре