https://news.day.az/azerinews/1717583.html
Təcili yardım maşını qəzada belə AŞDI - ANBAAN VİDEO
Xəbər verdiyimiz kimi, dekabrın 5-i saat 13 radələrində paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində təcili tibbi yardım xidmətinə məxsus avtomobilin aşması ilə nəticələnən qəza baş verib. Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisəni əks etdirən görüntülər bu gün sosial şəbəkələrdə yayılıb.
Təcili yardım maşını qəzada belə AŞDI - ANBAAN VİDEO

Xəbər verdiyimiz kimi, dekabrın 5-i saat 13 radələrində paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində təcili tibbi yardım xidmətinə məxsus avtomobilin aşması ilə nəticələnən qəza baş verib.
Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisəni əks etdirən görüntülər bu gün sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən TƏBİB-ə məxsus "Mercedes" markalı sanitar avtomobilin və kəsişməyə daxil olan minik avtomobilinin bir-birini gözləmədən hərəkət etmələri məlum olur. Nəticədə minik maşını operativ nəqliyyat vasitəsinə çırpılaraq onu aşırıb.
Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.
Qəzanı əks etdirən görüntüləri təqdim edirik:
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре