https://news.day.az/azerinews/1736512.html
Sumqayıtda avtomobil yanıb - VİDEO
Sumqayıt şəhəri, Koroğlu prospektində avtomobildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən Day.Az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri əraziyə cəlb olunub.
Sumqayıtda avtomobil yanıb - VİDEO

Sumqayıt şəhəri, Koroğlu prospektində avtomobildə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Day.Az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "MERCEDES" markalı minik avtomobilinin idarəetmə lövhəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin idarəetmə lövhəsində elektrik avadanlıqları yanıb.
Avtomobil yanğından mühafizə olunub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре