Döşəməsində böyük dəlik olan avtobus necə sərnişin daşıya bilər?

Döşəməsində böyük dəlik olan avtobusla sərnişin daşınır.

Day.Az xəbər verir ki, sürücü adi hal kimi sürətlə hərəkət edir, sərnişinlər isə gedəcəkləri ünvana çatmağı gözləyirlər.

İritutumlu avtobusun təhlükəli vəziyyətdə idarə edilməsini əks etdirən görüntülərdən nəqliyyat vasitəsinin döşəməsinin dağıldığı, mühərrikin tüstüsünün avtobusun içərisinə dolduğu və sərnişinlərin sağlamlığını təhlükəyə atdığı aydın görünür.

525 saylı marşurut xəttinin əsas problemlərindən biri də, avtobuslarda kondisoner sisteminin mövcud olmamasıdır.

Yerüstü Nəqliyyat Agentliyindən Xəzər Xəbərə bildirildi ki, 525 nömrəli marşrutun istismarçısına parkın yenilənməsi ilə bağlı tapşırıq verilib. Yaxın günlərdə xətdə fəaliyyət göstərən avtobusların yenilənməsi nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.