Azad edilmiş ərazilərdə meteoroloji stansiyalar quraşdırılacaq

Azərbaycanın azad edilmiş ərazilərində atmosfer proseslərinin izlənilməsi məqsədilə avtomat meteoroloji stansiyaların quraşdırılmasına başlanılır.
Day.Az Trend-ə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti artıq bununla bağlı müvafiq işlərə start verib.
Qurum sözügedən işlərin icrasını "Turnkey Pro Solutions" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 296 086 manat ödənilib.
Meteoroloji stansiyaların quraşdırılması prosesinin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, meteoroloji stansiyaları quraşdıracaq "Turnkey Pro Solutions" MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 min manat olan MMC-nin qanuni təmsilçisi Məmmədova Türkan Əmiraslan qızıdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре