https://news.day.az/azerinews/1777879.html Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq Bakının "Azneft" dairəsi ərazisində aparılacaq işlərlə əlaqədar 2 sentyabr saat 23:00-dan etibarən yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirilib. Məlumata görə, Bayıl və şəhər istiqamətində nəqliyyatın hərəkətində hər hansı məhdudiyyət nəzərdə tutulmur.

Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Azərbaycanca, 2 сентября 2025 19:30 (UTC +04:00) 370
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Bakının "Azneft" dairəsi ərazisində aparılacaq işlərlə əlaqədar 2 sentyabr saat 23:00-dan etibarən yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirilib.

Məlumata görə, Bayıl və şəhər istiqamətində nəqliyyatın hərəkətində hər hansı məhdudiyyət nəzərdə tutulmur.

Qeyd edək ki, məhdudiyyətlər 19-21 sentyabr tarixlərində keçiriləcək "Formula 1" Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək.

Bakı Şəhər Halqası sürücülərdən və piyadalardan alternativ marşrutlardan istifadə etmələrini xahiş edib və sakinlərin göstərdiyi anlayışa görə əvvəlcədən təşəkkürünü bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости