https://news.day.az/azerinews/1778526.html Millimiz 5 top fərqlə məğlub oldu - VİDEO DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan yığması İslandiyaya böyük hesabla məğlub olub. Day.Az-ın məlumatına görə, Reykyavikdəki "Lauqardalsvöllur" stadionuda baş tutan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı üstünlüyü ilə başa çatıb. İslandiya millisinin heyətində Viktor Palsson (45+2-ci dəqiqə) fərqlənib.

Millimiz 5 top fərqlə məğlub oldu - VİDEO

Azərbaycanca, 6 сентября 2025 00:52 (UTC +04:00) 442
Millimiz 5 top fərqlə məğlub oldu

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan yığması İslandiyaya böyük hesabla məğlub olub. 

Day.Az-ın məlumatına görə, Reykyavikdəki "Lauqardalsvöllur" stadionuda baş tutan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı üstünlüyü ilə başa çatıb.

İslandiya millisinin heyətində Viktor Palsson (45+2-ci dəqiqə) fərqlənib. İsak Berqmann Yohannesson isə dubla imza atıb (47 və 56-cı dəqiqələr). Digər qolları Albert Qudmundsson (63-cü dəqiqə) və Kristian Hlinisson (73-cü dəqiqə) Azərbaycan yığmasının qapısından keçirib.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda DÇ-2026-nın seçmə mərhələsində növbəti matçını sentyabrın 9-da, Ukrayna millisinə qarşı keçirəcək. Bu görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости