https://news.day.az/azerinews/1783500.html Türkiyədə ana və qızı azərbaycanlı gənci küçədə öldürdülər - FOTO İstanbulun Bahçelievler səmtində azərbaycanlı qətlə yetirilib. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, 16 yaşlı D.Ç. və anası G.Ç.(51) qətl hadisəsi törədib. Hadisə saat 14:30 radələrində qeydə alınıb. Məlumata görə D.Ç. və anası G.Ç., küçədə 25 yaşlı Rasif Hüseynov ilə qarşılaşıb və aralarında mübahisə yaranıb.

Türkiyədə ana və qızı azərbaycanlı gənci küçədə öldürdülər - FOTO

Azərbaycanca, 26 сентября 2025 14:04 (UTC +04:00) 425
Türkiyədə ana və qızı azərbaycanlı gənci küçədə öldürdülər

İstanbulun Bahçelievler səmtində azərbaycanlı qətlə yetirilib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, 16 yaşlı D.Ç. və anası G.Ç.(51) qətl hadisəsi törədib.

Hadisə saat 14:30 radələrində qeydə alınıb.

Məlumata görə D.Ç. və anası G.Ç., küçədə 25 yaşlı Rasif Hüseynov ilə qarşılaşıb və aralarında mübahisə yaranıb. Daha sonra ana ilə qızı Rasifi bıçaqlayıb.

Hadisəyə müdaxilə etməyə çalışan İ.G.(34) də bıçaqlanaraq xəsarət alıb. Çağırışa gələn təcili tibbi yardım və polis yaralılara müdaxilə edib. R.H. ağır yaralı olaraq xəstəxanaya çatdırılsa da, həyatını itirib. İ.G. isə xəstəxanada müalicə alır.

Hadisə yerində polis tərəfindən D.Ç. və G.Ç. saxlanılıb, cinayət işi açılıb və istintaq davam edir.

  • Türkiyədə ana və qızı azərbaycanlı gənci küçədə öldürdülər
  • Türkiyədə ana və qızı azərbaycanlı gənci küçədə öldürdülər
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости