Birinci vitse-prezident Mehriban Əliyeva Cabir İmanovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliuyeva əməkdar artist Cabir İmanovun vəfatı ilə bağlı rəsmi "Instagram" hesabında paylaşım edib.

Day.Az xəbər verir ki, paylaşımda deyilir:

"Nurlu, səmimi və qeyri-adi istedada malik insan - Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı. Bütün ailəmiz kədərlənir, onun yaxınlarına və doğmalarına başsağlığı veririk.
Allah rəhmət eləsin!"