https://news.day.az/azerinews/1785266.html
Prezident İlham Əliyev iraqlı həmkarı ilə Nyu-Yorkda apardığı fikir mübadiləsini yüksək qiymətləndirib
Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidə bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı məktubunda bu yaxınlarda İraq Prezidenti ilə Nyu-Yorkda keçirdiyi görüşü, apardığı fikir mübadiləsini yüksək qiymətləndirib.
Prezident İlham Əliyev iraqlı həmkarı ilə Nyu-Yorkda apardığı fikir mübadiləsini yüksək qiymətləndirib

Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidə bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı məktubunda bu yaxınlarda İraq Prezidenti ilə Nyu-Yorkda keçirdiyi görüşü, apardığı fikir mübadiləsini yüksək qiymətləndirib.
"Əminəm ki, Azərbaycan-İraq münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik", - deyə Prezident İlham Əliyev vurğulayıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре