https://news.day.az/azerinews/1786775.html
Xaçmazda müəllimin evdən meyiti tapıldı - İmtahanda yüksək nəticə göstərmişdi
Xaçmaz rayonu, Qıraqlı kəndində bədbəxt hadisə baş verib. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, 08.10.2025-ci il tarixində saat 23 radələrində Qəbələ rayon sakini, 1993-cü il təvəllüdlü Mehriban Sərdar qızı Qafarlının cəsədi qaldığı evdən aşkar edilib.
Xaçmazda müəllimin evdən meyiti tapıldı - İmtahanda yüksək nəticə göstərmişdi

Xaçmaz rayonu, Qıraqlı kəndində bədbəxt hadisə baş verib.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, 08.10.2025-ci il tarixində saat 23 radələrində Qəbələ rayon sakini, 1993-cü il təvəllüdlü Mehriban Sərdar qızı Qafarlının cəsədi qaldığı evdən aşkar edilib.
M.Qafarlının yaşadığı Qıraqlı kəndində yerləşən fərdi yaşayış evinin hamamında dəm qazından zəhərlənərək öldüyü məlum olub.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Qıraqlı kənd orta məktəbində informatika fənni müəlliməsi olan Mehriban Qafarlı, bu ilin iyununda müəllimlərin sertifikatlaşdırma imtahanında maksimum 60 baldan 51 bal toplayaraq uğurlu nəticə göstərmişdi.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре