Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyədə keçirilən “Atəş Sərbəst-2025” təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edir - FOTO

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə "Atəş Sərbəst-2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək üçün qardaş ölkəyə səfər edib.
Day.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi paylaşıb edib.
General-polkovnik K.Vəliyev Ankarada türkiyəli həmkarı ilə görüşüb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığa dair maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi, həmçinin "Atəş Sərbəst-2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре