Ermənistan İstintaq Komitəsi bütün ermənilərin katolikosu II Qareginə qarşı cinayət işi açıb

Ermənistan İstintaq Komitəsi bütün ermənilərin katolikosu II Qareginin keşişləri müxalifət mitinqlərində iştirak etməyə məcbur etməsi ilə bağlı yayılan səs yazısı əsasında cinayət işi açıb.
Day.Az APA-ya istinadən xəbər verir ki, urumun məlumatına görə, cinayət işi Cinayət Məcəlləsinin "Hakimiyyət və ya xidməti səlahiyyətlərdən və ya onlardan irəli gələn təsirdən istifadə etməklə yığıncaq keçirməyə və ya orada iştirak etməyə mane olma və ya məcbur etmə, həmçinin yığıncaqda iştirak və ya iştirakdan imtina məqsədilə maddi maraq yaratma" maddəsi ilə açılıb.
Arxiyepiskop Natan Ovhannisyanla keçmiş keşiş Aqan Ernjakyan arasında söhbətin səs yazısında sonuncunun katolikosun onu 2023-cü il mitinqlərində iştirak etməyə məcbur etdiyi deyilir.
Qeyd edək ki, erməni kilsəsi internetdə yayılan və 2023-cü ildə arximandrit Natan Ovannisyan ilə katolikosun yaxın ətrafından olan keşiş Aqan Erndjakyan arasında olan söhbətin səs yazısının həqiqiliyini təsdiqləyib.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistanda altı keşiş tutulub, II Qareginin yepiskop qohumuna qarşı ittiham irəli sürülüb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре