https://news.day.az/azerinews/1791685.html Şəmkirin Kür qəsəbəsi 50 ildir dəyişməz qalıb - FOTOLAR Şəmkirin Kür qəsəbəsi 1975-ci ildə salınıb. Həmin vaxt Şəmkir Su Elektrik Stansiyalarının inşası aparılıb, çalışan işçi qüvvəsinin yaşayış səviyyəsinin yaxşılaşdırmaq məqsədi ilə sözügedən qəsəbə salınıb. 50 yaşı olan qəsəbə necə salınıbsa, elə də qalıb.

Şəmkirin Kür qəsəbəsi 50 ildir dəyişməz qalıb - FOTOLAR

Azərbaycanca, 29 октября 2025 15:25 (UTC +04:00) 524
Şəmkirin Kür qəsəbəsi 50 ildir dəyişməz qalıb

Şəmkirin Kür qəsəbəsi 1975-ci ildə salınıb. Həmin vaxt Şəmkir Su Elektrik Stansiyalarının inşası aparılıb, çalışan işçi qüvvəsinin yaşayış səviyyəsinin yaxşılaşdırmaq məqsədi ilə sözügedən qəsəbə salınıb. 50 yaşı olan qəsəbə necə salınıbsa, elə də qalıb. 

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, bu qəsəbədə asfalt yoxdur:

"Yağış yağanda palçıq olur. Yollar keçilməz vəziyyətdədir. Uşaqlarımız da əziyyət çəkir. Bu ərazilərə asfalt çəkilsə, yaxşı olar. Ərazinin istirahət üçün nəzərdə tutulan hissəsi də zibilliyə çevrilib. Parklar da insanların yox, sahibsiz itlərin məkanına çevrilib".

Sakinlər bu parkın təmir olunmasını səbirsizliklə gözləyirlər. Bütün bu şikayətlərlə bağlı bələdiyyə sədri ilə əlaqə saxladıq. 

Bələdiyyə sədri Hüseynov Elşad bildirdi ki, Kür qəsəbəsində yollara mütəmadi nəzarət həyata keçirilir. Yollarda hamarlama işləri həyata keçirilir. Ərazidə mütəmadi olaraq təmizlik işləri aparılır. Zibil qutularımız köhnəlib, amma qısa müddət ərzində yeniləri ilə əvəz ediləcək. 

Bələdiyyə sədrinin ümidverici cavabının nə dərəcədə real olduğunu isə zaman göstərəcək.

  • Şəmkirin Kür qəsəbəsi 50 ildir dəyişməz qalıb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости