https://news.day.az/azerinews/1791840.html 65 yaşlı kişi quyuya düşdü - FOTO Gədəbəy rayonu, Slavyanka kəndində bir nəfər quyuya düşüb. Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

65 yaşlı kişi quyuya düşdü - FOTO

Azərbaycanca, 30 октября 2025 09:28 (UTC +04:00) 373
65 yaşlı kişi quyuya düşdü

Gədəbəy rayonu, Slavyanka kəndində bir nəfər quyuya düşüb.

Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1965-ci il təvəllüdlü Hüseynov Mehbalı həyətyanı sahədə 3 metrə yaxın dərinliyi olan quyuya düşüb, xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə vətəndaşı quyudan çıxararaq xilas ediblər.

  • 65 yaşlı kişi quyuya düşdü
  • 65 yaşlı kişi quyuya düşdü
  • 65 yaşlı kişi quyuya düşdü
  • 65 yaşlı kişi quyuya düşdü
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости