https://news.day.az/azerinews/1798691.html Ayaqüstə şəklini göndər, 3500 manat maaş verək - Bakıda biabırçı elan - FOTO "Spiritual Enerji Mərkəzi" üçün yayılan vakansiya elanı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Katibə axtarıldığı bildirilən elanda əmək haqqı 3500 manat göstərilib. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bəzi izləyicilər bu elana maraq göstərərək əlaqə saxlayıblar.

Ayaqüstə şəklini göndər, 3500 manat maaş verək - Bakıda biabırçı elan - FOTO

Azərbaycanca, 29 ноября 2025 12:15 (UTC +04:00) 385
Ayaqüstə şəklini göndər, 3500 manat maaş verək

"Spiritual Enerji Mərkəzi" üçün yayılan vakansiya elanı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Katibə axtarıldığı bildirilən elanda əmək haqqı 3500 manat göstərilib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bəzi izləyicilər bu elana maraq göstərərək əlaqə saxlayıblar.

Belə ki, şirkət haqqında ətraflı məlumat əldə etmək üçün sosial şəbəkə hesabı istədikdə, izləyiciyə "sosial media hesabımız yoxdur" cavabı verilib. Maraqlısı isə budur ki, iş elanında vəzifəyə aid öhdəliklər sırasında "Instagram mesajlarını cavablandırmaq" da qeyd olunub. İddialara görə, daha sonra bildirilib ki, elanı paylaşan şəxs bəzi məlumatları səhv daxil edib.

İzləyici ünvan istədikdə isə ona "iş görüşməsi şirkətdə deyil, onlayn qaydada keçirilir" cavabı verilib və CV forması ilə yanaşı, iki ədəd foto göndərməsi tələb olunub. Şəkilin isə ayaqüstə olması istənilib.

Belə elanlara inanan xanımlar öz fotolarını və telefon nömrələrini qarşı tərəfə göndərir, bu isə potensial şantaj və sui-istifadə riski yaradır. Süni intellekt dövründə şəkillərin necə və hansı məqsədlə istifadə olunacağı isə bəlli deyil.

  • Ayaqüstə şəklini göndər, 3500 manat maaş verək
  • Ayaqüstə şəklini göndər, 3500 manat maaş verək
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости