https://news.day.az/azerinews/1800553.html Əbu-Dabi Maliyyə Həftəsi işə başlayır Dekabrın 8-də Əbu-Dabidə 4-cü qlobal Maliyyə Həftəsi işə başlayacaq. Dekabrın 11-dək davam edəcək tədbirdə dünya ÜDM-nin yarısından çoxuna bərabər olan, qlobal miqyasda 62 trilyon dollardan çox aktivləri idarə edən şirkətlərin liderləri, Baş direktorları və təsisçiləri iştirak edəcəklər.

Əbu-Dabi Maliyyə Həftəsi işə başlayır

Azərbaycanca, 7 декабря 2025 17:37 (UTC +04:00) 358
Əbu-Dabi Maliyyə Həftəsi işə başlayır

Dekabrın 8-də Əbu-Dabidə 4-cü qlobal Maliyyə Həftəsi işə başlayacaq. Dekabrın 11-dək davam edəcək tədbirdə dünya ÜDM-nin yarısından çoxuna bərabər olan, qlobal miqyasda 62 trilyon dollardan çox aktivləri idarə edən şirkətlərin liderləri, Baş direktorları və təsisçiləri iştirak edəcəklər.

AZƏRTAC xəbər verir ki, həftə ərzində 60-dan çox tədbir, 300-dən çox sessiya keçiriləcək, 800 beynəlxalq mütəxəssis çıxış edəcək.

Əbu-Dabi Maliyyə Həftəsinin rəsmi sözçüsü Məhəmməd əl-Muheyri bildirib ki, tədbir Əbu-Dabi Qlobal Bazarının (ADGM) və bütün Əbu-Dabi iqtisadi ekosisteminin aparıcı mövqeyini göstərir.

Maliyyə Həftəsi ərzində Əbu-Dabi İqtisadi Forumu, Qlobal Bazarlar Sammiti, İnvestorlar Forumu, Qrinviç İqtisadi Forumu, İnfrastruktur Forumu və digər tədbirlərin keçirilməsi planlaşdırılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости