https://news.day.az/azerinews/1800754.html Növbəti illərdə illik 200–250-dək yeni dil və ədəbiyyat müəlliminə ehtiyac olacaq - Nazir Son illərdə dil müəllimliyi ixtisasına qəbul olan şagirdlərin keçid ballarında əhəmiyyətli artım müşahidə olunur.

Növbəti illərdə illik 200–250-dək yeni dil və ədəbiyyat müəlliminə ehtiyac olacaq - Nazir

Azərbaycanca, 8 декабря 2025 13:10 (UTC +04:00) 323
Növbəti illərdə illik 200–250-dək yeni dil və ədəbiyyat müəlliminə ehtiyac olacaq

Son illərdə dil müəllimliyi ixtisasına qəbul olan şagirdlərin keçid ballarında əhəmiyyətli artım müşahidə olunur.

Day.Az Trend-ə istinadən xəbər verir ki,, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" mövzusuna həsr edilən Konfransda çıxışı zamanı deyib.

Nazir bildirib ki, son 4 ildə orta ballar 410-dan 490-a yüksəlib:

"Son il ərzində isə 411 nəfər 500-dən çox bal toplayaraq Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasını seçib. Bu, gələcək üçün böyük ümid verir, çünki növbəti illərdə illik təxminən 200-250 yeni Azərbaycan dili və ədəbiyyat müəlliminə ehtiyac olacaq. Eyni zamanda, müəllim sayı azaldılaraq keyfiyyətin artırılmasına diqqət yetirilir" - deyə o qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости