https://news.day.az/azerinews/1803809.html Somalidən gətirilən ət satış üçün deyilmiş – RƏSMİ Son günlər Azərbaycan bazarına satış üçün Somali mənşəli ət məhsullarının satışa gətirilməsinə dair yayılan məlumatlara Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aydınlıq gətirilib.

Somalidən gətirilən ət satış üçün deyilmiş – RƏSMİ

Azərbaycanca, 19 декабря 2025 21:47 (UTC +04:00) 373
Somalidən gətirilən ət satış üçün deyilmiş

Son günlər Azərbaycan bazarına satış üçün Somali mənşəli ət məhsullarının satışa gətirilməsinə dair yayılan məlumatlara Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aydınlıq gətirilib.

Day.Az xəbər verir ki, qurumdan Milli.Az-a verilən məlumata görə, Azərbaycana Somalidən kommersiya məqsədilə, yəni satış, ticarət və ya iaşə obyektlərində realizə olunması üçün heç bir ət idxal edilmir. Ölkəmizə daxil olan Somali mənşəli ət partiyası isə humanitar xarakter daşıyır.

Məlumata görə, 46,5 ton ət məhsulu 13 oktyabr 2025-ci il tarixində Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin müraciəti əsasında ölkəyə daxil olub. Səudiyyə Ərəbistanında kəsilmiş həmin Somali mənşəli heyvanların qurban əti yardım kimi paylanılması üçün nəzərdə tutulub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости