https://news.day.az/azerinews/1804950.html Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və UNESCO arasında əməkdaşlıq müzakirə edilib Paris şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov ilə UNESCO-nun Baş direktoru Xalid Əl-Anani arasında görüş keçirilib. Day.Az xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi məlumat yayıb. Görüş zamanı tərəflər Mərkəz ilə UNESCO arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və UNESCO arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycanca, 24 декабря 2025 20:00 (UTC +04:00) 375
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və UNESCO arasında əməkdaşlıq müzakirə edilib

Paris şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov ilə UNESCO-nun Baş direktoru Xalid Əl-Anani arasında görüş keçirilib.

Day.Az xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi məlumat yayıb.

 

Görüş zamanı tərəflər Mərkəz ilə UNESCO arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı qlobal çağırışlar fonunda çoxtərəfli əməkdaşlığın gücləndirilməsi və sülh mədəniyyətinin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, gənclər proqramları çərçivəsində mümkün əməkdaşlıq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin UNESCO-nun fəaliyyətində daha aktiv iştirakı, UNESCO-nun missiyasının qlobal səviyyədə təbliği məsələləri və o cümlədən, UNESCO-nun Baş direktoru cənab Əl-Ananinin 2026-cı ilin mart ayında, Bakıda keçiriləcək 13-cü Qlobal Bakı Forumunda iştirakı müzakirə edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости