https://news.day.az/azerinews/1806397.html Azərbaycan gəmisi İstanbul sahilində “həyəcan siqnalı” verib - VİDEO İstanbulun Bakırköy Florya sahillərində Azərbaycan və Türkiyə bayrağı altında üzən iki tanker təcili yardım siqnalı verib. Hadisə yerinə dərhal xilasetmə qrupları göndərilib. Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb.  

Azərbaycan gəmisi İstanbul sahilində “həyəcan siqnalı” verib - VİDEO

Azərbaycanca, 30 декабря 2025 13:53 (UTC +04:00) 335
Azərbaycan gəmisi İstanbul sahilində “həyəcan siqnalı” verib

İstanbulun Bakırköy Florya sahillərində Azərbaycan və Türkiyə bayrağı altında üzən iki tanker təcili yardım siqnalı verib. Hadisə yerinə dərhal xilasetmə qrupları göndərilib.

Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb.

 

""Küçükçekmece" lövbər sahəsində 141 metr uzunluğundakı "Kəlbəcər" tankeri ilə 115 metr uzunluğundakı "Alatepe" tankerinin bir-biri ilə toqquşması barədə məlumat daxil olub. Gəmilərin sahilə yaxın məsafədə olması səbəbilə Nazirliyimizin tabeliyində olan Sahil Təhlükəsizliyi Baş İdarəsinə məxsus quru xilasedici (canqurtaran) qrupu və "KURTARMA-9" yedək gəmisinin hadisə yerinə dərhal göndərilməsi təmin edilib", açıqlamada qeyd olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости