https://news.day.az/azerinews/1810016.html
Bu şəxslərə azı 46 gün məzuniyyət veriləcək - TƏSDİQLƏNDİ
Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətlİ işçilərin siyahısında dəyişiklik edilib. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanuna əsasən, aşağıdakı işçilərə 46 təqvim günündən az olmayaraq məzuniyyət veriləcək:
Bu şəxslərə azı 46 gün məzuniyyət veriləcək - TƏSDİQLƏNDİ
Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətlİ işçilərin siyahısında dəyişiklik edilib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Qanuna əsasən, aşağıdakı işçilərə 46 təqvim günündən az olmayaraq məzuniyyət veriləcək:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilərə;
- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış işçilərə;
- Döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilərə;
- Azərbaycan Respublikasının ən yüksək təltifi ilə təltif olunmuş işçilərə.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре