Prezident İlham Əliyev Dövlət Statistika Komitəsinə yeni sədr təyin edib

Azər Mursaqulov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azər İsmayıl oğlu Mursaqulov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib.