Xameneinin hərəkətləri görün hansı yolla İZLƏNİLİB
İsrailin xarici kəşfiyyat xidməti Mossadın uzun müddətdir Tehran şəhərinin müşahidə infrastrukturuna kiber yollarla sızdığı iddia olunur. Məlumata görə, bu yolla İranın Ali Rəhbəri Əli Xameneinin hərəkət marşrutları nəzarətdə saxlanılıb.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, İsrail kəşfiyyatı paytaxtda quraşdırılmış yol-nəqliyyat kameralarının əhəmiyyətli hissəsinə çıxış əldə edib. Bu texniki imkan vasitəsilə Xameneinin mühafizə heyətinin hərəkət istiqamətləri, gündəlik qrafiki və olduqları məkanlar barədə operativ məlumat toplandığı vurğulanır.
İddialara əsasən, əldə olunan görüntülər real vaxt rejimində Təl-Əvivə ötürülüb. Hətta kameralardan birinin ali rəhbərin Pasteur küçəsində yerləşən iqamətgahı ətrafında mühafizəçilərin avtomobillərinin park edildiyi yerləri izləməyə şərait yaratdığı qeyd olunur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре