İran münaqişəsində bu vaxtadək nə qədər insan ölüb?

Fevralın 28-dən etibarən ABŞ, İsrail və İranın iştirakı ilə başlayan müharibə davam etdikcə eskalasiyalarda həlak olan insanların və dağıntıların miqyası getdikcə artır.

Day.Az xəbər verir ki, "Al-Jazeera" telekanalı İran müharibəsi nəticəsində bu günə kimi ölkələr üzrə itkilərin siyahısını dərc edib.

İran: Azı 1,444 nəfər həlak olub, 18,551 nəfər yaralanıb

Livan: 2 martdan etibarən 968 nəfər həlak olub ( o cümlədən 100-dən çox uşaq)

İraq: 60 nəfər həlak olub (əksəriyyəti İran tərəfindən dəstəklənən Xalq Səfərbərlik Qüvvələrinin üzvləridir)

İsrail: 17 nəfər həlak olub, o cümlədən 15 mülki şəxs və Livanın cənubunda iki İsrail əsgəri

Amerika Birləşmiş Ştatları: 13 hərbi qulluqçu həlak olub - 7-si İrana qarşı əməliyyatlarda, altısı isə İraq üzərində baş vermiş təyyarə qəzasında

Birləşmiş Ərəb Əmirlikləri: 8 nəfər həlak olub, o cümlədən 2 hərbçi

 

Küveyt: 6 nəfər həlak olub, o cümlədən 2-si İran hücumları nəticəsində

Fələstin: Qərb Sahilində 3 qadın həlak olub

Suriya: 4 nəfər həlak olub

Oman: 3 nəfər həlak olub

Səudiyyə Ərəbistanı: 2 nəfər həlak olub

Bəhreyn: 2 nəfər həlak olub

Fransa: İraqın şimalında pilotsuz uçuş aparatı hücumu nəticəsində 2 Fransa əsgəri həlak olub