https://news.day.az/azerinews/1823851.html Yaponiya yanacaq qiymətlərini cilovlamaq üçün 5,3 milyard dollar ayırmaq niyyətindədir Yaponiya hökuməti İran ətrafında vəziyyətin gərginləşməsi fonunda benzin və digər yanacaq növlərinin qiymətlərinin artmasının qarşısını almaq üçün ehtiyat fondundan təxminən 800 milyard yen (təxminən 5,3 milyard dollar) ayırmaq qərarına gəlib. APA xəbər verir ki, bu barədə NHK telekanalı mənbələrə istinadən məlumat yayıb.

Yaponiya yanacaq qiymətlərini cilovlamaq üçün 5,3 milyard dollar ayırmaq niyyətindədir

Azərbaycanca, 23 марта 2026 09:48 (UTC +04:00) 315
Yaponiya yanacaq qiymətlərini cilovlamaq üçün 5,3 milyard dollar ayırmaq niyyətindədir

Yaponiya hökuməti İran ətrafında vəziyyətin gərginləşməsi fonunda benzin və digər yanacaq növlərinin qiymətlərinin artmasının qarşısını almaq üçün ehtiyat fondundan təxminən 800 milyard yen (təxminən 5,3 milyard dollar) ayırmaq qərarına gəlib.

APA xəbər verir ki, bu barədə NHK telekanalı mənbələrə istinadən məlumat yayıb.

Ötən həftədən bəri hakimiyyət orqanları pərakəndə yanacaq qiymətlərinin kəskin şəkildə artmasının qarşısını almaq üçün neft şirkətlərinə subsidiyalar da daxil olmaqla təcili tədbirlər həyata keçirir.

Lakin, ötən həftənin sonunda ölkə üzrə Aİ-95 benzininin orta qiyməti litri üçün rekord həddə - 190,8 yenə (1,20 dollar) çatıb. Lakin subsidiyalar sayəsində hakimiyyət orqanları onu təxminən 170 yen səviyyəsində saxlamağa ümid edir. Oxşar tədbirlər dizel yanacağı, soba yağı və kerosinə də aiddir.

Vəsaitin ayrılması qərarının 24 mart çərşənbə axşamı keçiriləcək kabinet iclasında təsdiqlənməsi gözlənilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости