https://news.day.az/azerinews/1827372.html
ABŞ ilə danışıqlar Hörmüz boğazı və ölkənin nüvə proqramı ilə bağlı olub - İran XİN
İslamabadda İran və ABŞ nümayəndə heyətləri arasında keçirilən danışıqlarda Hörmüz boğazı, nüvə proqramı, təzminatlar, sanksiyalar və münaqişələrin həlli məsələləri müzakirə olunub. Day.Az-ın məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai açıqlama yayıb.
ABŞ ilə danışıqlar Hörmüz boğazı və ölkənin nüvə proqramı ilə bağlı olub - İran XİN
İslamabadda İran və ABŞ nümayəndə heyətləri arasında keçirilən danışıqlarda Hörmüz boğazı, nüvə proqramı, təzminatlar, sanksiyalar və münaqişələrin həlli məsələləri müzakirə olunub.
Day.Az-ın məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai açıqlama yayıb.
O, sosial mediada yazıb: "Son 24 saat ərzində əsas danışıqlar mövzularının müxtəlif aspektləri, o cümlədən Hörmüz boğazı, nüvə məsələsi, hərbi təzminat, sanksiyaların ləğvi, İrana və regiona qarşı müharibənin tamamilə dayandırılması müzakirə olunub".
Qeyd edək ki, danışıqların bu gün davam etdiriləcəyi gözlənilir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре