Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək - Qafqaz regionunda İLK
"Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək".
Day.Az xəbər verir ki, bunu AZTV-yə müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
O, bildirib ki, belə layihə ölkəmizdə, eləcə də, Qafqazda ilkdir.
Dərnəgül ərazisində qurulan bu nəqliyyat qovşağında yollarla bağlı əsas məqamlar:
• Metro xəttinin altından avtomobil yolu keçir (bu, Azərbaycanda və ümumilikdə Qafqazda ilk belə layihələrdən biridir)
• Avtomobil yolu ilə yanaşı piyada yolu da mövcuddur
• Dəmir yolu (qatar yolu) ilə avtomobil yolu paralel şəkildə təşkil olunub
• Yeni piyada tuneli çəkilib
• Bu qovşaq avtomobil hərəkətini rahatlaşdırır və nəqliyyat sıxlığını azaldır
• Metro, avtomobil yolu və dəmir yolu bir nöqtədə birləşdirilib
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре