Bakıda metroya giriş bağlandı

"Bakı Metropoliteni" QSC-də baş verən texniki nasazlıqla bağlı vəziyyət açıqlanıb.

Day.Az xəbər verir ki, qurumdan bildirilib ki, metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb.

Hazırda nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumatın veriləcəyi qeyd olunub.

XXX

12:39

Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Day.Az xəbər verir ki, bu gün saat 12:10 radələrində "Ulduz-Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov-Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.