https://news.day.az/azerinews/1829327.html Metro nasazlığına görə xəttə əlavə avtobuslar buraxıldı Bakı metropolitenində yaranan texniki nasazlıqla əlaqədar şəhərdaxili ictimai nəqliyyatda əlavə tədbirlər görülür. Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Metro nasazlığına görə xəttə əlavə avtobuslar buraxıldı

Azərbaycanca, 21 апреля 2026 14:25 (UTC +04:00) 277
Metro nasazlığına görə xəttə əlavə avtobuslar buraxıldı

Bakı metropolitenində yaranan texniki nasazlıqla əlaqədar şəhərdaxili ictimai nəqliyyatda əlavə tədbirlər görülür.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Qeyd olunub ki, metro xətləri üzrə fəaliyyət göstərən bütün şəhərdaxili marşrutlara əlavə avtobusların cəlb olunması həyata keçirilir.

Bildirilib ki, daşıyıcılara xətlərə əlavə və ehtiyat nəqliyyat vasitələrinin buraxılması ilə bağlı tapşırıq verilib.

Xatırladaq ki, Bakı metropolitenində texniki nasazlıq baş verib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости