https://news.day.az/azerinews/1829458.html Bu gün metroda qatarlar gecikəcək Bu gün Bakı Metropolitenində bütün xətlər üzrə qatarların hərəkəti şənbə günü qrafikinə uyğun təşkil olunacaq. "Bakı Metropoliteni" QSC-dən Trend-ə verilən məlumata görə, bu səbəbdən 22 aprel tarixində bütün xətlər üzrə qatarların hərəkəti şənbə günü qrafikinə uyğun təşkil olunacaq. Qatarların hərəkət intervalları belə müəyyən edilib:

Bu gün metroda qatarlar gecikəcək

Azərbaycanca, 22 апреля 2026 08:15 (UTC +04:00) 247
Bu gün metroda qatarlar gecikəcək

Bu gün Bakı Metropolitenində bütün xətlər üzrə qatarların hərəkəti şənbə günü qrafikinə uyğun təşkil olunacaq.

"Bakı Metropoliteni" QSC-dən Trend-ə verilən məlumata görə, bu səbəbdən 22 aprel tarixində bütün xətlər üzrə qatarların hərəkəti şənbə günü qrafikinə uyğun təşkil olunacaq.

Qatarların hərəkət intervalları belə müəyyən edilib:
"Əhmədli-28 May" xətti üzrə - 2 dəqiqə 30 saniyə
"28 May-Dərnəgül" xətti üzrə - 5 dəqiqə
"28 May-İçərişəhər" xətti üzrə - 5 dəqiqə

Digər istiqamətlər üzrə hərəkət cədvəlləri ilə buradan https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli tanış ola bilərsiniz. 

Qeyd edilib ki, Bakı Metropolitenində ötən gün baş verən texniki insidentlə bağlı ətraflı araşdırmalar davam etdirilir. Hadisənin ilkin qiymətləndirilməsi aparılıb və müvafiq texniki və təşkilati yoxlamalar həyata keçirilir.

Xatırladaq ki, ötən gün 12:10 radələrində metroda texniki nasazlıq yaranıb və bütün stansiyalara giriş dayandırılıb. Bir saatdan sonra problem aradan qaldırılıb, stansiyalara giriş bərpa edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости