https://news.day.az/azerinews/1829567.html ABŞ-ın hərbi ehtiyatları AZALIR ABŞ ordusunun son hərbi əməliyyatlar fonunda mühüm raket ehtiyatlarını ciddi şəkildə azaltdığı bildirilir. Day.Az xəbər verir ki, CNN-in Pentaqon daxilindəki mənbələrə istinadən yaydığı məlumata görə, İranla başlayan qarşıdurma zamanı əsas silah ehtiyatlarının böyük hissəsi istifadə olunub və bu vəziyyət yaxın illər üçün risk yaradır.

ABŞ-ın hərbi ehtiyatları AZALIR

Azərbaycanca, 22 апреля 2026 13:20 (UTC +04:00) 309
ABŞ-ın hərbi ehtiyatları

ABŞ ordusunun son hərbi əməliyyatlar fonunda mühüm raket ehtiyatlarını ciddi şəkildə azaltdığı bildirilir.

Day.Az xəbər verir ki, CNN-in Pentaqon daxilindəki mənbələrə istinadən yaydığı məlumata görə, İranla başlayan qarşıdurma zamanı əsas silah ehtiyatlarının böyük hissəsi istifadə olunub və bu vəziyyət yaxın illər üçün risk yaradır.

Mənbələrə əsasən, ABŞ-ın yeni münaqişə ilə üzləşəcəyi halda, xüsusilə Çin kimi güclə qarşıdurmada sursat çatışmazlığı yarana bilər. Raket istehsalının artırılması üçün müqavilələr imzalansa da, yeni tədarüklərin 3-5 il vaxt aparacağı qeyd olunur.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi-nin təhlilinə görə, son həftələrdə ABŞ ordusu yüksək dəqiqlikli raket ehtiyatlarının təxminən 45%-ni, THAAD və Patriot sistemlərinin isə yarıya yaxın hissəsini istifadə edib.

Bundan əlavə, Tomahawk, JASSM, eləcə də SM-3 və SM-6 tipli raketlərin də əhəmiyyətli hissəsinin tükəndiyi bildirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости