https://news.day.az/azerinews/1829622.html Qəbələ yolunun bir hissəsi 7 gün bağlı olacaq Muğanlı-İsmayıllı-Qəbələ yolunun 0-8 km hissəsində təmir işləri aparılacaq. Bu barədə Day.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)məlumat verilib. Bildirilib ki, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 0-8 km hissəsində 24 aprel 2026-cı il saat 07:00-dan 30 aprel 2026-cı il saat 24:00-dək təmir işləri aparılacaq.

Qəbələ yolunun bir hissəsi 7 gün bağlı olacaq

Azərbaycanca, 22 апреля 2026 15:52 (UTC +04:00) 360
Qəbələ yolunun bir hissəsi 7 gün bağlı olacaq

Muğanlı-İsmayıllı-Qəbələ yolunun 0-8 km hissəsində təmir işləri aparılacaq.

Bu barədə Day.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)məlumat verilib.

Bildirilib ki, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 0-8 km hissəsində 24 aprel 2026-cı il saat 07:00-dan 30 aprel 2026-cı il saat 24:00-dək təmir işləri aparılacaq.

Təmir müddəti ərzində qeyd olunan hissədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu səbəbdən, nəqliyyat vasitələrinin hərəkəti alternativ olaraq Muğanlı-Ağsu-Qaraməryəm-İsmayıllı marşrutu üzrə təmin ediləcək.

Bağlanan ərazi boyunca yerləşən yaşayış məntəqələrinə vətəndaşların gediş-gəlişi üçün təmir aparılan hissədən təhlükəsiz keçid təmin olunacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости