Cərimə balı ləğv edilə

Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə tətbiq edilən cərimə və cərimə balı sistemi sürücülərin daha məsuliyyətli davranışını təşviq edir.

Dayanma-durma qaydaları ilə bağlı pozuntulara görə müəyyən edilən maliyyə cərimələri və əlavə nəzarət mexanizmləri yol hərəkətinin nizamlı təşkilinə xidmət edir.

Mütəxəssislər hesab edir ki, bu sahədə tətbiq olunan bal sistemi gələcəkdə təkmilləşdirilərək daha balanslı yanaşmalar şəklində formalaşdırıla bilər.

Day.Az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov yol hərəkəti qaydalarının yüngül xətalarla pozuntusuna görə cərimə balı tətbiq olunması barədə fikirlərini səsləndirib. 

Nəqliyyat eksperti bildirib ki, yol ayrıcına yaxın, yaxud səkidə dayanmaq da daxil olmaqla dayanma-durma qaydalarının bəzi pozuntularına görə 40, 60 və 80 manat məbləğində cərimələr, eyni zamanda cərimə balları nəzərdə tutulub.

"Bu qaydaların məqsədi sürücülərin daha diqqətli olmasını və yol hərəkətində təhlükəsizliyin qorunmasını təmin etməkdir. Bu kimi yüngül hallarda tətbiq olunan maliyyə cərimələri artıq kifayət qədər təsiredici vasitədir. Qaydaların təkrar pozulmaması üçün önləyici rol oynayır.

Cərimə ballarının əlavə edilməsi nəticəsində sürücülük hüququnun məhdudlaşdırılması hallarını artırır. Buna görə də gələcəkdə bu məsələyə daha fərqli yanaşmalar müzakirə oluna bilər", - deyə o bildirib.

Nəsimi Ələsgərli