https://news.day.az/azerinews/1833799.html “Gadamly”dən sonra “Mənzil” gəmisi də suya buraxılacaq – Eldar Salahov Yaxın aylarda artıq ikinci yükdaşıma gəmisinin suya buraxılması nəzərdə tutulur. Həmin gəminin adı "Mənzil" olacaq. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Bakı Beynəlxalq Dəniz Limanı MMC-nin baş direktoru Eldar Salahov Bakı Limanında "Gadamly" gəmisinin qarşılanma mərasimində çıxışı zamanı səsləndirib.

“Gadamly”dən sonra “Mənzil” gəmisi də suya buraxılacaq – Eldar Salahov

Azərbaycanca, 12 мая 2026 12:20 (UTC +04:00) 230
“Gadamly”dən sonra “Mənzil” gəmisi də suya buraxılacaq

Yaxın aylarda artıq ikinci yükdaşıma gəmisinin suya buraxılması nəzərdə tutulur. Həmin gəminin adı "Mənzil" olacaq.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Bakı Beynəlxalq Dəniz Limanı MMC-nin baş direktoru Eldar Salahov Bakı Limanında "Gadamly" gəmisinin qarşılanma mərasimində çıxışı zamanı səsləndirib.

E.Salahov bildirib ki, "Gadamly" gəmisinin fəaliyyəti xalqlar arasında daha sıx və mehriban münasibətlərin formalaşmasına töhfə verəcək.

O əlavə edib ki, Bakı Limanında konteyner əməliyyatlarının genişləndirilməsi məqsədilə yeni infrastruktur layihələri həyata keçirilir.

"Hazırda limanda dibdərinləşdirmə işləri üzrə tender prosedurlarına başlanılıb. "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən həyata keçirilən proses çərçivəsində yaxın ay yarım ərzində təkliflərin qəbulunun tamamlanacağı gözlənilir.

Yayın sonundan etibarən əsaslı dibdərinləşdirmə işlərinə start veriləcək. Layihə çərçivəsində yanalma kanalının, manevr hövzəsinin və körpü ətrafındakı ərazilərin dərinləşdirilməsi nəzərdə tutulur".

E.Salahov vurğulayıb ki, Bakı Limanının tarixində ilk dəfə olaraq yeddinci körpü istifadəyə verilib:

"Yeni körpü əsasən konteyner əməliyyatları üçün nəzərdə tutulub. Yeddinci körpünün fəaliyyətə başlaması və Türkmənistanda istehsal olunan "Gadamly" quru yük gəmisinin istismara verilməsi konteyner əməliyyatlarının daha sürətli və çevik idarə olunmasına şərait yaradacaq".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости