https://news.day.az/azerinews/1834069.html Bakı-Bratislava birbaşa uçuşlarına start verilir 2026-cı ilin oktyabrından Bakı və Bratislava arasında birbaşa uçuşlar başlayacaq. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Slovakiya Milli Şurasının sədri Rixard Raşi Milli Məclisin sədri Sahibə Qafarova ilə mətbuata birgə bəyanatında deyib. Sədr bildirib ki, bu, iki ölkə arasında əməkdaşlıq potensialını daha da artıracaq:

Bakı-Bratislava birbaşa uçuşlarına start verilir

Azərbaycanca, 13 мая 2026 14:38 (UTC +04:00) 260
Bakı-Bratislava birbaşa uçuşlarına start verilir

2026-cı ilin oktyabrından Bakı və Bratislava arasında birbaşa uçuşlar başlayacaq.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Slovakiya Milli Şurasının sədri Rixard Raşi Milli Məclisin sədri Sahibə Qafarova ilə mətbuata birgə bəyanatında deyib.

Sədr bildirib ki, bu, iki ölkə arasında əməkdaşlıq potensialını daha da artıracaq:

"Slovakiyadan turistlər Bakıya, Bakıdan isə turistlər Slovakiyaya daha rahat səfər edə biləcəklər".

R.Raşi vurğulayıb ki, bu prosesi dəstəkləmək məqsədilə xüsusi turizm bürosu yaradılacaq:

"Bu büro vasitəsilə Slovakiya turistləri üçün Bakı daha cəlbedici olacaq, eyni zamanda Bakıdan olan turistlər və sahibkarlar Bratislavaya daha çox maraq göstərəcəklər. Bakı Slovakiya turistləri və iş adamları üçün mühüm mərkəzə çevriləcək".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости